Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəlli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.

Onlardan  ümumi çəkisi 12 kiloqram 962 qram olan narkotik maddə marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, saxlanılanlardan Elnur Nəbizadə tanınmış jurnalist Nəsimi Nəbizadənin qardaşıdır. Narkotik asılılığına görə Reabilitasiya Mərkəzinə yerləşdirilən Nəsimi Nəbizadə iki gün əvvəl gəzinti zamanı qaçıb.

Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı