“Qalatasaray” ilə “Fənərbaxça” arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun vaxtı dəyişdirilib.
Heftelik.az xəbər verir ki, yanvarın 10-da Bakı vaxtı ilə saat 21:30-da başlaması nəzərdə tutulan qarşılaşma 19:45-ə keçirilib.
Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) rəsmi məlumat yayıb.
Matçın saatının dəyişdirilməsinə hava şəraiti səbəb olub.
Qeyd edək ki, Türkiyə Superkubokunun final İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.
