Tarix və mədəniyyət abidələri yerləşən ərazilərdə torpaq və inşaat işləri aparılarkən müvafiq elmi təşkilatın rəyi nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.

İşlər başlamazdan əvvəl icra hakimiyyəti orqanından icazə alınmalıdır.

Mütəxəssislərin və qurumun göstərişləri işlərin icrası zamanı yerinə yetirilməlidir. Dövlət sərhədlərinin və hərbi zonaların ərazisində abidələrin qorunması müvafiq orqanlar tərəfindən təmin edilir. Reklam qurğuları isə qanunda nəzərdə tutulan qaydada yerləşdirilə bilər.