Türkiyə Futbol Federasiyasının (TFF)qanunsuz mərc oyunları ilə bağlı araşdırması baş məşqçilərin də bu prosesdə iştirak etdiyini üzə çıxarıb.
Heftelik.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, aralarında Ümit Davala, Əhməd Dursun, Serdar Torpaktepe, Mustafa Sarp, Can Arat kimi tanınmışların da olduğu, Superliqada və aşağı liqalarda müxtəlif komandalarda baş məşqçi postunu tutmuş 43 nəfərlə bağlı TFF-nin İntizam Komissiyası qərar verəcək.
İntizam Komissiyası futbol komandalarının 32 təmsilçisi ilə bağlı məsələyə də baxacaq.
