Türkiyənin bir neçə vilayətində baş verən güclü fırtına nəticəsində 3 nəfər ölüb.
Heftelik.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Şəhərdə 45 ağac aşıb, 89 dam uçub, təhlükə yaradan 214 obyektlə bağlı müraciət daxil olub. Həmçinin 1 tərk edilmiş bina və 1 istinad divarı çöküb. Ümumilikdə, 350 müraciət qeydə alınıb.
Fırtına əsasən İstanbul, Bursa, Aksaray və Aydında ciddi fəsadlara səbəb olub.
