ABŞ-ın Qrenlandiyanı əldə etmək istəyir və bunu bu və ya digər şəkildə edəcək.
Heftelik.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Donald Tramp deyib ki, hələlik Qrenlandiya üçün puldan danışmır: “Bu barədə danışa bilərəm. Amma hazırda Qrenlandiya ilə nə isə edəcəyik. İstəsələr də, istəməsələr də. Çünki əgər biz bunu etməsək, Rusiya və ya Çin Qrenlandiyanı əldə edəcək və biz Rusiya və ya Çinin qonşu olmasını istəmirik. Bu işi asan yolla həll etmək istəyirəm. Amma əgər asan yolla həll etməsək, çətin yolla həll edəcəyik. Mən Danimarkanın tərəfdarıyam. Amma bilirsiniz, 500 il əvvəl onların bir gəmisi oraya gəlib çatmışdı deyə, bu, torpağın onların olması anlamına gəlmir. NATO bunu anlamalıdır. Mən NATO-nun tərəfdarıyam. NATO-nu mən xilas etdim. Əgər mən olmasaydım, indi NATO olmayacaqdı”.
