Türkiyəli aktyor Can Yaman saxlanılıb.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gecə İstanbul Baş Prokurorluğu tərəfindən narkotik araşdırması çərçivəsində şəhərin doqquz populyar məkanında əməliyyat keçirilib.
Əməliyyat çərçivəsində Can Yamanla yanaşı, “Bu tarz benim” və “İşte benim stilim” adlı verilişlərdən tanınan model Melisa Şahinin ikinci dəfə saxlanıldığı, ardınca həbs olunduğu bildirilir.



