Şamaxıda zəlzələ oldu

10 Yanvar 2026, 19:34

Pirqulu stanasiyasından 9 km cənubda, Şamaxı rayonunda 3,8 maqnitudalı zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən  xəbərə görə, zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub.