Abidələr bunları əhatə edir

12 Yanvar 2026, 01:11


Abidələr arxeoloji, memarlıq, etnoqrafik, sənədli və incəsənət nümunələri, qoruqlar və mühafizə zonalarını əhatə edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.

Abidələr daşınar və daşınmaz ola bilər, daşınmaz abidələr inşa edildiyi yerdə qorunur. Arxeoloji abidələr yeraltı maddi mədəniyyət nümunələrini, memarlıq abidələri isə uzunömürlü tikililəri əhatə edir. Tarixi abidələr dövlət və cəmiyyət tarixi ilə bağlı əhəmiyyət kəsb edən obyektlərdir. Qoruqlar və mühafizə zonaları abidələrin qorunması üçün əlavə tədbirləri nəzərdə tutur.