Keşlə sakinləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şikayətçidirlər.
Bu barədə Həftəlik.az-a bir qrup Keşlə sakini məlumat verib.
Belə ki, ötən il yay aylarında Keşlə qəsəbəsinə yeraltı elektrik xətləri çəkilən zaman yollardakı asfalt örtüyü kəsilib. Daha sonra isə yolun kəsilmiş hissələri asfaltlanan zaman keyfiyyətsiz iş görülüb. Nəticədə işlərin yekunlaşmasından bir həftə keçməmiş Yenikənd və Zakir küçələrində asfalt bəzi yerlərdə çöküb. O cümlədən keyfiyyətsiz işin başqa bir nümunəsi kimi asfaltlanan zolaq da yolun ümumi səviyyəsindən aşağı olub.
Sakinlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən yolla bağlı problemin aradan qaldırılmasını gözləyirlər.
Qeyd edək ki, bu arada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi reklamından da qalmır, az qala hər həftə bununla bağlı bir rolik belə hazırlamağa vaxt tapır….
