Agentlik institusional və proqram akkreditasiyasının keçirilməsinə dair bildiriş göndərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.
Bildirişdə akkreditasiya əsası, tarixi və hüquq və vəzifələr göstərilir. Təhsil müəssisəsi bildirişi aldıqdan sonra elektron ərizəni doldurur. Ərizə ilə birlikdə tələb olunan sənədlər sistemə yüklənir. Bu mərhələ akkreditasiya prosesinin başlanğıcıdır.
