Dövlət və bələdiyyə mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin icarəyə verilməsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.
Yerli və xüsusi mülkiyyətli abidələr yalnız müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış proqram əsasında istifadə edilə bilər. İcarəçilər abidələrə zərər verməməlidir. Təmir və bərpa işləri müvafiq orqan və mütəxəssislərin nəzarəti ilə aparılır. Şuşada icarə və istifadə qanuna uyğun həyata keçirilir.
