Hər bir təhsil pilləsi üzrə qiymətləndirmə meyarları Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.
Təhsil müəssisəsi akkreditasiya üçün Özünütəhlil Hesabatını və digər sənədləri hazırlamalıdır. Hesabat əsasında Akkreditasiya Komissiyası Yekun Hesabatı hazırlayır. Bu sənəd təhsil müəssisəsinin fəaliyyətinin dövlət standartlarına uyğunluğunu əks etdirir. Eyni zamanda, elektron sənəd formatında akkreditasiya şəhadətnaməsi verilir.
