
Azərbaycan Respublikasının elm və təhsil naziri Şuraya rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.
Şura ictimai əsaslarla fəaliyyət göstərir və müxtəlif maraqlı tərəfləri əhatə edir. Tərkibə təhsil və elmi sahələrin ekspertləri, işəgötürənlər və təhsilalanlar daxildir. Həmçinin nazirlik və digər təşkilatların nümayəndələri Şuraya daxil olur. Qeyri-hökumət təşkilatları da akkreditasiya prosesində iştirak edə bilər.
