ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək üçün İran nümayəndələri ilə görüşə bilər.

Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti jurnalistlərə açıqlaması zamanı məlumat verib.

O bildirib ki, yanvarın 10-da İran rəhbərliyinin nümayəndələrinin görüşlə bağlı onunla telefon danışığı baş tutub.

“Görüşdən əvvəl hərəkətə keçməli ola bilərik. Görüş təşkil olunmaq üzrədir. İrandan zəng ediblər. Onlar danışıqlar aparmaq istəyirlər”, – Tramp deyib.

Agentliyin məlumatına görə, Tramp bildirib ki, Vaşinqton İranın müxalif qüvvələri ilə də əlaqə saxlayır.