Akkreditasiya Komissiyası təhsil müəssisəsinin fəaliyyətini qiymətləndirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.

Komissiyaya yerli və xarici mütəxəssislər, elmi müəssisələrdən nümayəndələr və ixtisaslaşmış ekspertlər cəlb olunur. Təhsilalanlar və işəgötürənlər də komissiyada iştirak edə bilər. Üzvlər ali təhsilli olmalı və akkreditasiya üzrə təlimlərdə iştirak etməlidirlər. Komissiya üzvləri müvafiq qaydada səlahiyyət və öhdəliklərə malikdir.