
Türkiyəli tanınmış aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, onlar məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılıblar.
Qeyd edək ki, aktyor saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.
***
saat 14.08
Türkiyəli tanınmış aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu, “Kızılcık Şerbeti” serialının baş rol ifaçısı Doğukan Güngör və daha 3 nəfər saxlanılıb.
Heftelik.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Onlar Türkiyədə tanınmış şəxslərə qarşı aparılan “narkotik işi” çərçivəsində saxlanılıblar.
