“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan dilinə hörmət etmir.
Həftəlik.az-ın məlumatına görə, 2025-ci ildə istismara verilmiş vaqonların üzərində rus və ingilis dillərində müvafiq qeydlər yazılsa da, Azərbaycan dilində bir söz belə qeyd edilməyib. Bu isə dövlətin atributlarına, xüsusilə Prezident İlham Əliyevin son çıxışlarında Azərbaycan dilinin qorunması ilə bağlı dönə-dönə vurğuladığı fikirlərə tamamilə zidd davranışdır.
Qeyd edək ki, bundan bir müddət əvvəl ADY-də Azərbaycan bayrağına qarşı da hörmətsizlik olmuşdu.

