Hazırda Azərbaycanda beşdən çox uşağa görə 2 898 nəfər qadın sosial müavinət alır.
Heftelik.az xəbər verir ki, bu barədə Report-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qanunvericiliyə görə beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağın 1 yaşına çatdıqda təyin olunur.
Müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.
