ABŞ Prezidenti Donald Tramp İran rəsmiləri ilə bütün görüşləri ləğv edib.

Heftelik.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında bildirib.

“İranlı vətənpərvərlər, etirazlara davam edin – qurumları ələ keçirin. Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Onlar bunun hesabını verəcəklər. Mən etirazçıların mənasız şəkildə öldürülməsi dayanmayana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Kömək yoldadır! MIGA!!!”, – Tramp qeyd edib.

Xatırladaq ki,  MIGA (Make Iran Great Again) “İranı yenidən möhtəşəm edək” mənasını verir.