Mülkiyyətçilər və istifadəçilər abidələrin qorunması qaydalarına əməl etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.
Onlar müvafiq orqanla mühafizə müqaviləsi bağlamalıdırlar. Abidələrin salamatlığına görə məsuliyyət daşıyırlar. Qanun pozuntularına görə hüquqi məsuliyyət nəzərdə tutulub. İcra orqanları bu prosesə nəzarət edir.
