Qara Dənizdə Xəzər Boru Xətti Konsorsiumu yaxınlığında iki neft tankerinə dronla hücum edilib.

Heftelik.az-ın xəbərinə görə, “KazMunayQaz” milli şirkəti Qara dənizdə kamikadze dronları tərəfindən hücuma məruz qalan neft tankerlərinin Qazaxıstana məxsus olduğunu təsdiqləyib.

“Matilda” tankerinə edilən hücum nəticəsində yanğın baş vermədən partlayış qeydə alınıb.

Ekipaj üzvləri arasında xəsarət alan yoxdur.

Neft tankeri üzmə qabiliyyətini saxlayır, ciddi zədələnmə qeydə alınmayıb.