Qoruq zonalarında abadlıq və inşaat işləri abidələrin konfiqurasiyasına xələl gətirməməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.

Küçə şəbəkəsi və memarlıq dəyəri pozulmamalıdır. İşlər yalnız boş sahələrdə, müvafiq icazə ilə aparıla bilər. Arxeoloji qazıntılar abidələrə zərər vermədən həyata keçirilir. Tapıntılar rəsmi sənədlərlə qeyd olunur.