Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təhlükəsizlik qüvvələri tərəfindən genişmiqyaslı əməliyyat keçirilib.

Heftelik.az Bakupost-a istinadən xəbər verir ki, əməliyyat zamanı 80 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

Bildirilib ki, saxlanılanlar arasında bir neçə kriminal avtoritet və dəstə başçısı da var. Onların arasında “Rufo Gəncinski” ləqəbli Azərbaycan vətəndaşı Ülfət Tağıyevin də olduğu qeyd edilir.
Dubayın xüsusi xidmət orqanları əməliyyatın aparıldığını rəsmi şəkildə təsdiqləsələr də, saxlanılan şəxslərin adları ilə bağlı detallı açıqlama verməyiblər.
Məlumata görə, “Rufo Gəncinski” kimi tanınan kriminal avtoritet artıq BƏƏ ərazisindən çıxarılıb.