Şagirdlərin elektron yerdəyişməsi üzrə təsdiqlənmiş sorğulara aid tələb olunan sənədlər müvafiq ümumi təhsil müəssisələrinə təqdim edilməsi yanvarın 13-ü saat 15:00-da bitir.

Heftelik.az xəbər verir ki, bu barədə  Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Müəyyən edilmiş vaxtadək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Xatırladırıq ki, yanvarın 8-i saat 15:00-dan etibarən 2025–2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.