Təhsil müəssisəsi sistemə nizamnamə, inkişaf strategiyası və fəaliyyət planını yükləyir.

Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.

Həmçinin özünütəhlil hesabatı və daxili keyfiyyət təminatı sənədləri təqdim edilir. Tədris planları, fənn proqramları və təcrübə hesabatları da əlavə olunur. Akademik heyət və təhsilalanlarla bağlı məlumatlar sənədlərə daxil edilir. Bu sənədlər akkreditasiya üçün əsas təşkil edir.