Türkiyədə məhkəmə binasında silahlı insident baş verib.
Heftelik.az xəbər verir, hadisə İstanbulun Kartal rayonunda yerləşən regional apellyasiya məhkəməsində qeydə alınıb.
Belə ki, prokuror M.Ç.K keçmiş həyat yoldaşı olan hakim A.K-ni güllələyib.
Qadın hakimin vəziyyəti ağır qiymətləndirilir, hadisəni törətməkdə şübhəli bilinən prokuror saxlanılıb.
