Abidələr dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.
Dövlət mülkiyyətində olan milli və dünya əhəmiyyətli abidələrin özəlləşdirilməsinə yol verilmir. Yerli əhəmiyyətli memarlıq abidləri müəyyən qaydada özəlləşdirilə bilər. Özəlləşdirilmiş abidələrin görkəmi və daxili quruluşu qorunmalıdır. Dövlət qeydiyyatında olan xüsusi mülkiyyət abidələri satıldıqda dövlət üstün hüquqa malikdir.
