Komissiya üzvləri təhsil müəssisələrinin fəaliyyətini qiymətləndirir və Yekun Hesabatı hazırlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.
Onlar müqavilə əsasında ödənişli əsaslarla fəaliyyət göstərir. Komissiya sədri üzvlərin rəyləri əsasında yekun nəticəni müəyyən edir. Hər bir üzv təhsil müəssisəsi ilə əlaqədar xüsusi tələblərə cavab verməlidir. Üzvlərin səlahiyyətləri Əsasnaməyə uyğun olaraq təsdiq edilir.
