Azərbaycandan Ermənistana JEST

14 Yanvar 2026, 21:31

Bu gün Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib.

Heftelik.az xəbər verir ki,  bu barədə ilkin olaraq Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.

Bu arada APA hakimiyyətdəki mənbələrə istinadən Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalının olmadığı barədə məlumat yayıb.