Kommunikasiya yollarının və sərhədlərin mümkün açılması çərçivəsində Türkiyə ilə sərhəddə bir neçə körpünün tikilməsi ehtimal olunur.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən təhlükəsizlik forumunda müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, söhbət “Marqara” və “Axurik” sərhəd-keçid məntəqələri yaxınlığında körpülərdən, həmçinin, həmin ərazilərdə və Naxçıvan sərhədində yerləşən “Yerasx” (Arazdəyən-red.) bölgəsində gömrük və sərhəd terminallarının tikintisindən gedir.
Paşinyan, eyni zamanda, İcevan–Qazax istiqamətindəki infrastruktur layihələrinin icrasını istisna etməyib.
