Ümit Karan saxlanıldı

14 Yanvar 2026, 21:54

Türkiyədə narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində sabiq futbolçu Ümit Karan saxlanılıb.

Heftelik.az-ın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə,  Ümit Karan  Sabiha Gökçen  Hava Limanında saxlanılıb.

Qeyd edək ki, Ümit Karan  2001-2009-cu illərdə İstanbulun “Qalatasaray” klubunda oynayıb, Türkiyə millisinin üzvü olub.