7 vəkil tənbeh olundu

15 Yanvar 2026, 10:06

Yol verdikləri pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq edilib.

Heftelik.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Bundan başqa, 2 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb. 8 vəkil hakim təyin edildiyi üçün onların fəaliyyətinə xitam verilib.