Yerli mediada ABŞ-ın 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.
Heftelik.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfirlik bu məlumatın həqiqəti əks etdirmədiyini bəyan edib: “Sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-ın Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin 75 ölkənin vətəndaşları üçün immiqrant vizasının verilməsini dayandırdığına dair məlumat yayılıb.
