Ərizə və sənədlər tam təqdim edildikdən sonra Akkreditasiya Komissiyası yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.
Komissiya təqdim olunan sənədləri və yerində müşahidələri təhlil edir. Təhsil müəssisəsinin bütün fəaliyyət istiqamətləri qiymətləndirilir. Maraqlı tərəflərlə müsahibələr keçirilir. Bu mərhələ yekun Hesabatın hazırlanması üçün əsasdır.
