Bakıda binada yanğın oldu

15 Yanvar 2026, 21:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Heftelik.az-a  verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

İlkin məlumata əsasən, xəsarət alan olmayıb.