Bakıda 25 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

2001-ci il təvəllüdlü Rüstəm İsmayılov yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.