Yeni abidələr aşkar olunarsa, ərazi tarixi-mədəni əhəmiyyətli zona elan edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.

Torpaq sahəsi üzərindəki tikililər qanun çərçivəsində dövlət tərəfindən alınır. Xüsusi mülkiyyət abidələri dövlət tərəfindən qeydə alınır. Satış zamanı mülkiyyətçi müvafiq orqana məlumat verməlidir. İcazə olmadan abidələr xaricə aparıla bilməz.