
İnşaat zamanı abidə aşkar olunarsa, dərhal işlər dayandırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.
Müvafiq orqan və elmi təşkilat tərəfindən tədqiqat aparılır. İşlər yalnız icazə ilə davam etdirilə bilər. Tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilər əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir. Orqan nümayəndəsi işlərdə iştirak edir.
