45 dəqiqədən uzun filmlərdə reklam yalnız filmin 45-ci dəqiqəsindən sonra yerləşdirilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Reklam haqqında” qanun əksini tapıb.

Filmlər 45 dəqiqədən az və 20 dəqiqədən çox çəkərsə əlavə reklam fasiləsi qoyula bilər. 30 dəqiqədən az çəkən xəbərlər, dini və uşaqlar üçün proqramlar reklamla kəsilə bilməz.