Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, avtomobili işlək vəziyyətdə saxlayaraq yatan şəxslər – 1977-ci il təvəllüdlü Bayram Hətəmov və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Vüsal Hətəmli dəm qazından boğulublar.

Faktla bağlı araşdırma aparılır.