Gürcüstan hökumətinin qərarı ilə dövlət satınalma təşkilatlarına plastik stəkanlarla yanaşı, plastik su butulkalarının sifariş verilməsi də qadağan ediləcək.
Heftelik.az xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilir ki, plastik istehlakının azaldılması məqsədilə 2026-cı il aprelin 1-dən yeni tənzimləmə qüvvəyə minəcək.
Həmin tarixdən başlayaraq dövlət satınalmalarını həyata keçirən təşkilatlara plastik stəkanların, konteynerlərin və 3 litrədək plastik butulkalarda olan içkilərin alınması qadağan ediləcək.
Qadağa müdafiə qüvvələrinin və hərbi qulluqçuların ehtiyacları üçün həyata keçirilən dövlət satınalmalarına şamil olunmayacaq.
