Memarlıq və digər abidələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat və ixtisaslı mütəxəssislər tərəfindən tədqiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.
Tədqiqat işlərinə başlamazdan əvvəl müvafiq orqana məlumat verilir. Yeni aşkar edilmiş memarlıq abidəsində icazəsiz tədqiqat qadağandır. Xarici abidələrin tədqiqi dövlətlərarası müqavilələr əsasında aparılır. Nəticələr rəsmi sənədlərlə təsdiqlənir.
