Konstitusiya Məhkəməsinin sabiq hakimi, əməkdar hüquqşünas Rafael Qvaladze vəfat edib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, o, yanvarın 15-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze fəaliyyəti dövründə “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
