Təhsil müəssisəsi akkreditasiyadan keçməklə hüquqi təminat əldə edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.

Onlar daxili keyfiyyət təminatı sistemini yaratmalı və Özünütəhlil Hesabatını hazırlamalıdır. Hesabat Elmi Şurada və ya digər səlahiyyətli idarəetmə orqanında təsdiqlənir. Təhsil müəssisəsi elektron informasiya sisteminə məlumatları daxil edir və sənədləri yükləyir. Akkreditasiya prosesində əlavə məlumatları Komissiyaya təqdim etmək də onların öhdəliyidir.