“Atena” MMC barəsində haqsız rəqabət hərəkətləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Heftelik.az-a verilən xəbərə görə, işin predmetini süd məhsullarının istehsalı və satışı zamanı rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin olması təşkil edib.

İşə baxılması yekunlaşıb və “Atena” şirkətinə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.