Bu gün saat 11:40 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Heftelik.az xəbər verir ki, bu barədə Yevlax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

“Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir”, məlumatda qeyd olunub.

***

saat 15.27

Yanvarın 16-da Yevlaxda silahlı insident baş verib.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib.

Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun oğludur.