Milli Məclisin deputatı Arzuxan Əlizadə  Bakının Sabunçu rayonunda uşaqların məktəblərə, valideynlərin isə səhər işə gedəndə sahubsiz itlərin hücumuna məruz qaldığını, it dişləmələrin artdığını bildirib.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, deputat bu barədə bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında danışıb.

Arzuxan Əlizadə deyib ki, son zamanlar sahibsiz itlərlə bağlı məsələ yenidən gündəmə gəlib: “Əhali müraciət edir, amma bələdiyyələr bu məsələləri həll etmək imkanında deyirlər. Mən bu məsələ ilə bağlı bu yaxınlarda Sabunçu rayon İcra Hakimiyyətinə, onlar da Bakı Şəhər İcra Hakimiyyətinə və müvafiq qurumlara müraciət etdilər. Bakıxanov qəsəbəsində mənə bir rəsmi məlumat da verdilər. 11 saylı poliklinikaya bir ay ərzində 65 it dişləməsi ilə bağlı müraciət olub. Uşaqlar məktəblərə, valideynlər səhər işə gedəndə bu problemlərlə üzləşirlər. Əvvəlcə bələdiyyələrə müraciət olunur, amma bələdiyyələrin bu məsələləri həll etmək imkanları yoxdur”.