ABŞ fevralın 1-dən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Finlandiya və Hollandiyaya 10% gömrük rüsumü tətbiq edəcək.

Heftelik.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

Eyni zamanda 1 iyun 2026-cı il tarixində isə bu rüsumlar 25%-ə qədər artacaq.

Donald Tramp bildirib ki, bu rüsumlar ABŞ-ın Qrenlandiyanı əldə etməsi ilə bağlı razılığa gəlinənə qədər qüvvədə qalacaq.