İcbari tibbi sığorta çərçivəsində məlumat mübadiləsi mühüm tələb kimi müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanunda əksini tapıb.
Tibb müəssisələri göstərilən xidmətlərə nəzarət üçün zəruri məlumatları sığortaçıya təqdim etməlidirlər.
Bu məlumatlara həkim sirri təşkil edən məlumatlar da daxildir.